DÜNYA

Yaponiyanın şərq rayonlarına tufan yaxınlaşır
07 AVQUST
111

Yaponiyanın şərq rayonlarına tufan yaxınlaşır

2018-08-07 13:34:00

Sinoptiklərin yaydığı məlumata görə, növbəti tufan avqustun 8-də Tokio yaxınlığında yerləşən İzu adalarına yaxınlaşacaq.

Fins.az Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, avqustun 7-də təqribən səhər saat 6:00 radələrində “13 nömrəli” adlandırılan tufan Oqasavara adalarından 400 kilometr məsafədə olub. Tufanın mərkəzində havanın təzyiqi 970 hektapiksel təşkil edir, küləyin sürəti isə saatda 126 kilometrə çatır.

Tufanın avqustun 8-də İzu adalarına çatacağı bildirilir. Bir gün sonra isə onun Hönşü adasına çatacağı gözlənilir. Sinoptiklər aramsız yağışlar, güclü külək və hündür dalğalar barədə də xəbərdarlıq edirlər.

Vüqar Ağayev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254