DÜNYA

ABŞ "Krım bəyannaməsi"ni açıqlayıb
26 İYUL
121

ABŞ "Krım bəyannaməsi"ni açıqlayıb

2018-07-26 10:15:00

ABŞ "Krım bəyannaməsi"ni açıqlayıb.

Fins.az xəbər verir ki, Dövlət Departamenti - Krım yarımadasının Rusiya tərəfindən qanunsuz ilhaqına dair ABŞ-ın rəsmi mövqeyini müəyyən edən sənədi elan edib.

Dövlət katibi Mayk Pompeo tərəfindən imzalanmış sənəddə vurğulanır ki, Krımın 2014-cü ildə Rusiya tərəfindən qanunsuz birləşməsinin həyata keçirilməsi dövlət sərhədlərinin zorakılıqla dəyişdirilməsini istisna edən beynəlxalq hüququn prinsiplərini pozur.

Sənəddə bildirilir ki, ABŞ tərəfdaşları və müttəfiqləri, beynəlxalq ictimaiyyətlə birlikdə Krımın ilhaq olunmasını qəbul etmir. Birləşmiş Ştatlar Ukraynanın ərazi bütövlüyü tam bərpa olunana qədər bu siyasəti davam etdirəcəyini vəd verib. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259