DÜNYA

Rusiyada vergi daxilolmalarının 40 faizi faydalı qazıntılar hesabına olub
23 İYUL
153

Rusiyada vergi daxilolmalarının 40 faizi faydalı qazıntılar hesabına olub

2018-07-23 12:19:00

Keçən il Rusiya Federasiyasının konsolidə edilmiş büdcəsinin doldurulmasında hasilat sektoru aparıcı yer tutub.

Fins.az vergiler.az saytına istinadla bildirir ki, Federal Vergi Xidmətinin son hesabatında xammal sektorundan daxil olan vergilərin rolunun ölkə iqtisadiyyatında nəzərəçarpacaq dərəcədə artdığı qeyd edilib.

2017-ci ildə faydalı qazıntıların (daş kömür, neft, qaz, metal filizi və s.) hasilatı sektoru konsolidə edilmiş büdcənin gəlirlərinin 29,2 faizini təşkil edib, bir il əvvəl isə bu göstərici 26,5 faiz idi. Faydalı qazıntıların hasilatından tutulan verginin payı vergi daxilolmalarının artımının ümumi məbləğində 40 faiz olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256