DÜNYA

ABŞ-ın maliyyə naziri Trampın G20 sammitində iştirakını təsdiqləyib
23 İYUL
88

ABŞ-ın maliyyə naziri Trampın G20 sammitində iştirakını təsdiqləyib

2018-07-23 10:04:00

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin prezident Donald Trampın G20-nin Argentinada noyabrın 30-dan dekabrın 1-dək keçiriləcək sammitində iştirakını təsdiqləyib.

Fins.az-ın xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

"O, (sammitə-red) gedəcək. Mən bura onunla qayıdacağıma şadam. Bilirəm ki, o, liderlərlə (hökumət və dövlət rəhbərləri ilə - red) məhsuldar diskussiyaları gözləyir", - deyə Mnuçin bildirib.

Daha əvvəl Rusiya prezidenti Vladimir Putin də G20 sammitində Trampla görüşün mümkünlüyünü açıqlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259