DÜNYA

Türkiyə ilə Hollandiya barışdı
20 İYUL
1045

Türkiyə ilə Hollandiya barışdı

2018-07-20 18:48:00

Türkiyə ilə Hollandiya qarşılıqlı olaraq, əlaqələri normallaşdırmaq barədə qərara gəlib.

Fins.az xəbər verir ki, bu, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Niderland krallığının xarici işlər naziri Stef Blok arasında iyulun 20-də keçirilən telefon danışığından sonra məlum olub.

Bu danışıqdan sonra yazılı açıqlama yayılıb.

Açıqlamada bildirilib ki, danışıqlar zamanı miqrasiya, terrora qarşı mübarizə, iqtisadi sahədə əməkdaşlığı inkişaf etdirmək, habelə strateji əməkdaşlığın əhəmiyyəti məsələləri yer alıb.

Qeyd edək ki, 2017-ci il martın 11-də Niderland hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun uçduğu təyyarənin Rotterdama enməsinə icazə verməmişdi. Bundan başqa, Hollandiya polisi Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qayanı Türkiyənin Rotterdamdakı baş konsulluğuna buraxmayıb. Bu hadisədən sonra iki ölkə arasında münasibətlər pozulmuşdu. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259