DÜNYA

Gürcüstana gedənlərin nəzərinə: HAVA KƏSKİN DƏYİŞƏCƏK
20 İYUL
510

Gürcüstana gedənlərin nəzərinə: HAVA KƏSKİN DƏYİŞƏCƏK

2018-07-20 12:01:00

Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühit üzrə Milli Agentliyi havaların kəskin dəyişəcəyi barədə yeni xəbərdarlıq yayıb.

Fins.az xəbər verir ki, xəbərdarlıqda bildirilir ki, iyulun 20-dən 23-dək ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək. Ölkə ərazisində güclü leysan yağışları yağacaq, dolu düşəcək. Bu da bəzi dağlıq ərazilərdə torpaq sürüşməsinə və dağ çaylarında suyun səviyyəsinin qalxmasına səbəb olacaq, sel və daşqınlar yarana bilər.

Məlumat üçün qeyd edək ki, iyunun 15-dən iyulun 15-dək Gürcüstanda leysan yağışlarının səbəb olduğu sel və torpaq sürüşməsi nəticəsində müxtəlif bölgələrdə 10-a yaxın kənddə evlərə su dolub, körpülər dağılıb, əkin sahələri su altında qalıb. Hələlik dəqiq məlum olmayan səbəblərdən 3 nəfər turist dünyasını dəyişib, daha 5 nəfər xilas olunub. Hazırda daha 5 turistin xilas edilməsi üçün Yuxarı Svaneti dağlarında axtarış-xilasetmə tədbirləri davam etdirilir.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9230
  • ₽ RUB
    0.0255