DÜNYA

Venesuelanın neft istehsalı azalmaqda davam edir
16 İYUL
106

Venesuelanın neft istehsalı azalmaqda davam edir

2018-07-16 12:19:00

Venesuelanın xam neft hasilatı iyun ayında da geriləyərək gündəlik 1,34 milyon barrelə düşüb.

Fins.az Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadla xəbər verir ki, Venesuelada neft istehsalı ABŞ-ın sanksiyaları, eləcə də ölkədəki iqtisadi və siyasi böhranla əlaqədar iyunda da azalmağa davam edib. İyun ayında Venesuelanın neft hasilatı əvvəlki ayla müqayisədə təxminən 47,5 min barrel azalaraq sutkada 1,34 milyon barrelə geriləyib.

Əvvəllər OPEC-ə üzv ölkələr arasında xam neft istehsalına görə 3-cü yerə yüksələn Venesuela bu ilin iyun ayında kartel üzrə hasilatda 4,15 faizlik payla 8-ci sırada qərarlaşıb.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259