DÜNYA

Təbii fəlakət nəticəsində ölənlərin sayı 216 nəfərə çatıb
15 İYUL
141

Təbii fəlakət nəticəsində ölənlərin sayı 216 nəfərə çatıb

2018-07-15 15:19:00

Yaponiyada leysan yağışların yol açdığı sürüşmə və subasma nəticəsində ölənlərin sayı 216 nəfərə çatıb, 27 nəfər itkin düşüb. 

Fins.az-ın məlumatına görə, bu barədə "Kiodo" agentliyi Yaponiya Baş Polis İdarəsinə istinadən məlumat yayıb.  

Bundan əvvəl 209 nəfərin öldüyü bildirilmişdi.  

Qeyd edək ki, keçən həftənin sonlarında leysan yağışlar Yaponiyanın cənub-qərbində və mərkəzində subasma və sürüşmələrə səbəb olub. Bir neçə yerdə çaylar məcrasından çıxıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9335
  • ₽ RUB
    0.0255