DÜNYA

Anomal istidən ölənlərin sayı 17 nəfərə çatıb – KANADADA
05 İYUL
98

Anomal istidən ölənlərin sayı 17 nəfərə çatıb – KANADADA

2018-07-05 09:31:00

Kanadada anomal istidən ölənlərin sayı 17 nəfərə çatıb.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Fins.az xəbər verir ki, bundan əvvəl 15 nəfərin öldüyü bildirilirdi.

Məlumata görə, 12 nəfər Monreal şəhərində anomal istilərə tab gətirməyib. İyulun 4-də Monrealda havanın temperaturu müsbət 40 dərəcəyə çatıb. Meteoroloqların proqnozlarına əsasən, Kvebek əyalətinin ən iri şəhərində qızmar hava şəraiti iyulun 6-dək davam edəcək.

Daha 5 nəfər ölkənin şərq bölgəsində anomal istilərin qurbanı olub. İqlim normasından yüksək temperatur Ontario vilayətində də müşahidə olunur.

© APA

 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270