DÜNYA

Bu gün 8 fərqli ölkədə müxtəlif adda bayramlar qeyd olunur
02 İYUL
132

Bu gün 8 fərqli ölkədə müxtəlif adda bayramlar qeyd olunur

2018-07-02 14:30:00

Bu gün bir-birindən fərqli bayramlarla əlamətdardır. 

Fins.az-ın məlumatına görə, 1924-cü il iyulun 2-də Fransanın paytaxtı Parisdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) yaradılıb. 1995-ci ildən 2 iyul - Beynəlxalq İdman Jurnalistləri günü kimi qeyd olunur. 

Azərbaycanda isə Polis günü və Peşəkar Futbol Liqasının yaradılmasının 10 illik yubileyidir. 

Lakin bayramlar bununla yekunlaşmır. 

İyulun 2-si həm də Ümumdünya Ufoloqlar (Naməlum Uçan Obyektlər) günü kimi tarixə düşüb. 

Azərbaycandan başqa 7 ölkədə isə ayrı-ayrı bayramlar qeyd olunur:

Braziliya, Bayya ştatı: Ştat günü

İtaliya: İl Palio (Cıdır) günü

Qazaxıstan: Diplomatik Xidmət günü

Kürasao: Bayraq günü

Norveç: Kral günü

Özbəkistan: Dövlət gerbinin qəbul olunduğu gün

Ukrayna: Hərbi Dəniz Qüvvələri günü, Dəniz və Su Donanması günü, Dövlət Vergi Xidməti İşçiləri günü (2005 - 2013)

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253