DÜNYA

Türkiyə Avropa İttifaqına qoşulmaq şansını itirdi
27 İYUN
2141

Türkiyə Avropa İttifaqına qoşulmaq şansını itirdi

2018-06-27 12:47:00
Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması üçün Ankara ilə aparılan danışıqlar dalana dirənib. 
Fins.az  xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının genişlənmə məsələsinə dair təqdim etdiyi qətnamə layihəsində deyilir.
“Türkiyə Aİ-dən getdikcə uzaqlaşır. Ona görə də, Türkiyənin Aİ-yə daxil olması üçün aparılan danışıqlar faktiki surətdə dalan dirənib. Bununla əlaqədar olaraq, hazırda Aİ ilə Türkiyə arasında Gömrük İttifaqının modernləşdirilməsi üzrə heç bir işin davam etdirilməsi nəzərdə tutulmur”, – deyə sənəddə bildirilib. 
Həmçinin, ölkədəki hüquq və azadlıqların müxtəlif sahələrində müşahidə olunan neqativ tendensiyalardan geri dönməyə dair Türkiyə hökumətinə çağırış edilib. 
Qeyd edək ki, Avropa İttifaqı Komissiyasının apreldə dərc etdiyi hesabatda qurumun əsas dəyərlərini pozduğuna görə, Türkiyənin İttifaqa qoşulması prosesinin geriyə doğru getdiyi bidirilmişdi. 
© Azvision
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9874
  • ₽ RUB
    0.0272