DÜNYA

Ticarət müharibəsinə daha bir ölkə qoşuldu
22 İYUN
153

Ticarət müharibəsinə daha bir ölkə qoşuldu

2018-06-22 10:12:00

Hindistan Avropa Birliyinin və digər ticarət tərəfdaşlarının ABŞ-a qarşı tədbirlər planına qoşulub. 

Fins.az xəbər verir ki, Dehli bəzi ABŞ mallarına, xüsusən də badam, alma və bəzi metal məhsullarına idxal rüsumlarını artırıb.

Yeni tariflər avqustun 4-dən qüvvəyə minəcək. 

Hindistan hökuməti bundan əvvəl ABŞ-ın polad və alüminiuma qarşı tətbiq etdiyi rüsumlardan azad olmaq niyyətini açıqlamışdı. 

İyunun 14-də Hindistan Beynəlxalq Ticarət Təşkilatını ABŞ-dan idxal olunan bəzi malların idxal rüsumunu artıracağı ilə bağlı xəbərdar etmişdi.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256