DÜNYA

Şagirdlərə mobil telefon qadağan olunacaq
21 İYUN
109

Şagirdlərə mobil telefon qadağan olunacaq

2018-06-21 09:58:00

Böyük Britaniyanın rəqəmsal texnologiyalar, mədəniyyət, KİV və idman naziri Metyu Henkok  ölkə məktəblərində mobil telefondan istifadənin qadağan edilməsini təklif edib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

“Ölkənin bir sıra məktəblərində artıq belə bir qağada tətbiq olunur.  Bu məsələ ilə hökumət məşğul olmaq əvəzinə, məktəb rəhbərliyi məşğul olur. Ancaq mən həqiqətən dərs vaxtı mobil telefondan istifadəyə icazə verməyən direktorlarla qürur duyuram.

Başqa məktəblərin də bundan nümunə götürməyini istəyirəm”, - deyə nazir jurnalistlərə verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, mobil telefon qadağası uşaqların tədris və tərbiyə prosesində öz müsbət nəticəsini verir.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270