DÜNYA

FİFA dünya çempionatından nə qədər qazanacaq? – MƏBLƏĞ
13 İYUN
265

FİFA dünya çempionatından nə qədər qazanacaq? – MƏBLƏĞ

2018-06-13 12:19:00

FİFA Rusiyada keçiriləcək dünya çempionatından 6,1 milyard dollar gəlir götürəcək.  

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az Report-a istinadən xəbər verir ki, bu məbləğ 2014-cü ildə Braziliyada təşkil olunmuş mundialın qazancından 1,3 milyard dollar çoxdur. 

Yayım hüquqlarından əldə olunan vəsait isə 2 faiz artıb. Həmçinin, FİFA sponsorluq müqavilələrindən gözləniləndən 200 milyon dollar çox gəlir əldə edəcək. 

Bu, Çin şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi sayəsində mümkün olub. Dünya çempionatına sponsorluq edən 20 şirkətdən 7-si Çini təmsil edir. 2014-cü ildəki mundialda isə Çindən yalnız bir şirkət var idi. 

Qeyd edək ki, dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.

Eləcə də bax: Bakının bu hissələri susuz qalacaq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267