DÜNYA

Türkiyə kosmosa astronavt göndərməyi planlaşdırır
08 İYUN
169

Türkiyə kosmosa astronavt göndərməyi planlaşdırır

2018-06-08 09:41:00

Türkiyə kosmik araşdırmalarını genişləndirməyi və hətta kosmosa astronavt göndərməyi planlaşdırır. Fins.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan gənclər təşkilatlarının fəalları ilə görüşündə bildirib.   

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

“Kosmik tədqiqatlar, xüsusən, peyklərin orbitə buraxılması üzrə işlərə artıq start vermişik. Bu mərhələ artıq başlayıb və biz məhz sizinlə, gənclərimizlə astronavtları kosmosa göndərə biləcəyimiz mərhələyə çatacağıq”, - deyə Ərdoğan qeyd edib.    

Qeyd edək ki, Türkiyənin “Göktürk-1” kəşfiyyat peyki 2016-cı ilin dekabrında Fransa Qvianasındakı “Kuru” kosmodromundan  orbitə buraxılıb. 261,5 mln. avro dəyərində olan bu peyk İtaliyada layihələndirilib, Türkiyədə isə montaj və test edilib.  

Eləcə də bax:Krımda fövqəladə vəziyyət elan edildi

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9874
  • ₽ RUB
    0.0272