DÜNYA

Havay adasında vulkan lavası 600-ə yaxın evi dağıdıb
08 İYUN
146

Havay adasında vulkan lavası 600-ə yaxın evi dağıdıb

2018-06-08 09:17:00

BŞ-ın Sakit okeanda yerləşən Havay ştatının eyniadlı adasında Kilauea vulkanının püskürməsi nəticəsində yaranan lava axını 600-ə yaxın evi məhv edib.

Fins.az xəbər verir ki, bu barədə cümə axşamı Havay dairə meri Harri Kimə istinadən "Reuters" yazıb.

Onun məlumatına görə, myın 3-də vulkanın püskürməyə başladığı andan təqribən 600 ev və tikili lava axını nəticəsində dağılıb. Bundan əvvəl dağılmış evlərin sayı 117 ədəd göstərilirdi.

Vulkan yaxınlığında yerləşən Puna dairəsindən bir neçə min insan təxliyyə edilib. Təbii fəlakət nəticəsində ən azı 1 nəfər xəsarət alıb.

Eləcə də bax: Putin Rusiyanın ən son silahlarından DANIŞDI

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251