DÜNYA

Merkel: “Rusiyanın G-7 formatına qayıtması mümkün deyil”
06 İYUN
188

Merkel: “Rusiyanın G-7 formatına qayıtması mümkün deyil”

2018-06-06 19:40:00

“Hazırda Rusiyanın G-7 formatına qayıtması mümkün deyil”.

Fins.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel Bundestaqda “hökumət saatı” zamanı sualları cavablandırarkən deyib. O bildirib ki, “Böyük səkkizlər”in iştirakçılarının qarşılıqlı fəaliyyəti beynəlxalq hüquq normalarına əməl olunmasına əsaslanırdı: “Krımın ilhaqı beynəlxalq hüququn kobud pozuntusu idi, ona görə də Rusiyanın G-8 formatından kənarlaşdırılması qaçılmaz oldu”.

Bununla yanaşı, A. Merkel Moskva və Berlin arasında daimi əlaqənin mövcud olduğunu söyləyib. 

Qeyd edək ki, 2014-cü ildə Rusiyanın Krımı işğal və ilhaq etməsindən sonra G-8 formatında iştirak edən 7 ölkə Soçidə nəzərdə tutulan növbəti sammitə qatılmayaraq Brüsseldə Rusiyasız görüş keçirib. Beləliklə, format G-7 olub. Bura ABŞ, Kanada, Britaniya, Almaniya, Fransa, Yaponiya və İtaliya daxildir.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255