DÜNYA

İrandan uranın zənginləşdirilməsi ilə bağlı - QƏRAR
05 İYUN
97

İrandan uranın zənginləşdirilməsi ilə bağlı - QƏRAR

2018-06-05 10:28:00

İran bu gündən etibarən uranın zənginləşdirilməsinin genişləndirilməsinə başlayacaq. 

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az xəbər verir ki, Tehran hökuməti bu qərarın ABŞ-ın nüvə sazişindən çıxması və yeni sanksiyalar tətbiq etməsinə cavab olduğunu açıqlayıblar. 

İranın ali dini lideri Ayətullah Əli Xamenei bəyan edib ki, onun ölkəsi istehsalı artırmağa hazır olmalıdır. 

Məlumatlara görə, İranın atom enerjisi təşkilatının sədrinin müavini Bəhruz Kamalvandi bildirib ki, Tehran İranın uranın zənginləşdirilməsi üzrə gücünü artırmağa başlaması ilə bağlı MAQATE-yə məktub göndərəcək. 

Vaşinqton İranla nüvə sazişinin ləğvini ABŞ prezidentinin xarici siyasətdəki ən böyük uğuru kimi qiymətləndirib. 

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267