DÜNYA

ABŞ və Avropa Birliyi yeni “müharibə”nin astanasında
31 MAY
259

ABŞ və Avropa Birliyi yeni “müharibə”nin astanasında

2018-05-31 11:39:00

Bu gün ABŞ prezidenti Donald Tramp Avropa Birliyindən polad və alüminiuma idxal rüsumlarının tətbiq edilməsi barədə qərarını açıqlaya bilər. 

Fins.az xəbər verir ki, bununla bağlı “The Wall Street Journal” nəşri mənbəyə istinadla məlumat yayıb. 

Onun sözlərinə görə, əgər Vaşinqton və Brüssel son anda kompromis əldə etsə, Ağ Evin planları dəyişə bilər. 

Bu ilin aprelində ABŞ prezidenti Almaniya kansleri Angela Merkeli “Cənub axını – 2” qaz kəmərinin tikintisi layihəsindən imtina etməyə çağırıb. Bunun qarşılığında o, Avropa Birliyi ilə qarşılıqlı ticarət üçün yeni təkliflərini açıqlayacaqdı. 

Xatırladaq ki, martın 9-da Tramp ABŞ-a polad və alüminiuma idxal rüsumlarının tətbiq edilməsi ilə bağlı qərar qəbul edib. 

Eləcə də bax: NƏHAYƏT! Türkiyə ilə ABŞ razılığa gəldi

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256