DÜNYA

Rusiya Dövlət Duması əks-sanksiyalar haqqında qanunu qəbul edib
22 MAY
235

Rusiya Dövlət Duması əks-sanksiyalar haqqında qanunu qəbul edib

2018-05-22 13:46:00

Rusiya Dövlət Duması "ABŞ və (və ya) digər xarici ölkələrin dostcasına olmayan addımlarına qarşı tədbirlər (əks reaksiya) barədə" qanunu qəbul edib.

Fins.az xəbər verir ki, qanun rəsmən dərc olunduqdan sonra qüvvəyə minəcək.

Dumanın sədri Vyaçeslav Volodinin başçılıq etdiyi bir qrup deputatın təşəbbüsü ilə hazırlanan sənəd Rusiyaya qarşı sanksiyaları dəstəkləyən ABŞ və digər ölkələrə qarşı əks-sanksiyaların tətbiqinə imkan verir.

Eləcə də bax: Rusiyada vətəndaşlığı olmayanlar üçün YENİ SƏNƏD buraxılacaq

Prezidentin fərmanı ilə hökumətə müxtəlif tədbirlər görmək hüququ verilir, sadəcə, onlar Rusiya və digər ölkələrdə analoqları istehsal olunmayan həyati əhamiyyətli mallara, eləcə də vətəndaşların şəxsi istifadəsi üçün ölkəyə gətirdiyi mallara şamil edilməməlidir.

Əks-sanksiyalar ABŞ və Rusiya Federasiyasına, Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı dostcasına münasibət göstərməyən digər xarici ölkələrə qarşı tətbiq edilə bilər. Cavab tədbirləri həmçinin dost olmayan ölkələr yurisdiksiyasında olan təşkilatlara, Rusiyaya qarşı sanksiyalara qoşulan ölkələrin vəzifəli şəxslərinə və vətəndaşlarına qarşı da atıla bilər. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9996
  • ₽ RUB
    0.0259