DÜNYA

ABŞ-dakı qaz quyularının sayı 200-ə çatıb
21 MAY
126

ABŞ-dakı qaz quyularının sayı 200-ə çatıb

2018-05-21 11:30:00

ABŞ-dakı neft quyularının sayı dəyişməyərək 844 ədəd olub.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az xəbər verir ki, ötən həftə ABŞ-dakı aktiv neft-qaz quyularının sayı 1 ədəd artaraq 1046 ədəd olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv neft-qaz quyularının sayı 145 ədəd çoxalıb.

Ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft quyularının sayı dəyişməyərək 844 ədəd olub. Bu, ölkədəki neft quyularının sayının 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatması deməkdir. Neft quyularının sayı son 17 həftənin 14-də artım göstərib. Ötən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 124 ədəd çoxalıb.

Keçən həftə ölkədəki aktiv qaz quyularının sayı isə 1 ədəd artaraq 200 ədəd olub. 2017-ci ilin müvafiq dövrünə nisbətən ölkədəki qaz quyularının sayı 20 ədəd artım göstərib.

Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatmışdı. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft quyularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləmişdi.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267