DÜNYA

Böyük Britaniya Aİ-nin gömrük birliyini tərk edir
17 MAY
163

Böyük Britaniya Aİ-nin gömrük birliyini tərk edir

2018-05-17 15:48:00

Böyük Britaniyanın baş naziri Tereza Mey ölkənin Avropa İttifaqının gömrük birliyini tərk etmək niyyətində olduğunu təsdiq edib.

Fins.az-ın məlumatına görə, Britaniya Aİ ilə gömrük sazişlərinin müzakirəsini davam etdirəcək.

Bir müddət əvvəl Londonun Aİ-nin gömrük birliyində qala biləcəyi barədə fikirlər səsləndirilirdi.

Qeyd edək ki, Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi 2019-cu il martın 29-da baş tutacaq. London Aİ-nin gömrük birliyində 2020-ci il dekabrın 31-dək qalacaq.

Eləcə də bax: ABŞ 15 il ərzində terrorla mübarizəyə nə qədər xərcləyib? – MƏBLƏĞ

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253