DÜNYA

Aİ "Brexit"dən sonra Britaniya ilə müdafiə tərəfdaşlığını saxlayacaq
15 MAY
182

Aİ "Brexit"dən sonra Britaniya ilə müdafiə tərəfdaşlığını saxlayacaq

2018-05-15 09:46:00

Avropa İttifaqı (Aİ) Britaniya birlikdən çıxdıqdan sonra ("Brexit") Krallıqla bu ölkənin Aİ-nin strukturlaşdırılmış müdafiə tərəfdaşlığı proqramında iştirakı da daxil olmaqla müdafiə və təhlükəsizlik sahəsində sıx əməkdaşlığı davam etdirmək niyyətindədir.

Fins.az xəbər verir ki, bunu Aİ-nin xarici işlər və siyasi təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Moqerini Brüsseldə Böyük Britaniya ilə münasibətlər üzrə konfransda deyib.

"Biz bir-birimizlə mümkün qədər yaxın olmaqda maraqlıyıq, çünki bizim ümumi strateji maraqlarımız var və mən şübhə etmirəm ki, gələcəkdə sıx tərəfdaşlıq və əməkdaşlıq edəcəyik", - deyə o əlavə edib.

Moqerini həmçinin qeyd edib ki, Britaniya "Brexit" çərçivəsində 750 müxtəlif beynəlxalq sazişdən çıxmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253