DÜNYA

Nikol Paşinyan Ermənistanın baş naziri seçilib
08 MAY
219

Nikol Paşinyan Ermənistanın baş naziri seçilib

2018-05-08 13:47:00

Ermənistan müxalifətinin lideri Nikol Paşinyan baş nazir seçilib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Bu gün Ermənistan parlamentinin xüsusi iclası keçirilib. 

Səsvermə zamanı 59 deputat "Yelk” (Çıxış) fraksiyasının üzvü, ölkədə başlayan etiraz aksiyalarının lideri N. Paşinyanın lehinə, 42-si isə əleyhinə səs verib.

Qeyd edək ki, mayın 1-nə təyin edilmiş xüsusi iclasda Ermənistan parlamenti N. Paşinyanın baş nazir vəzifəsinə namizədliyini qəbul etməyib.

Xatırladaq ki, deputat N. Paşinyan aprelin 13-dən İrəvanda başlayan kütləvi etiraz aksiyalarına rəhbərlik edib. Aksiyaçılar sabiq prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı çıxış ediblər. Etiraz aksiyalarının nəticəsi olaraq baş nazir Serj Sarkisyan istefa verib.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9671
  • ₽ RUB
    0.0267