DÜNYA

Dünyanın gözü Rusiyada: Vladimir Putin and içəcək
07 MAY
376

Dünyanın gözü Rusiyada: Vladimir Putin and içəcək

2018-05-07 11:11:00

Rusiyada prezident seçilən Vladimir Putinin inauqurasiya mərasimi keçiriləcək. Fins.az xəbər verir ki, mərasim yerli vaxtla 12:00-da (Bakı vaxtilə 13:00) başlayacaq.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mərasimin ənənəvi qaydada keçiriləcəyini bildirib. Ümumilikdə, mərasimin təxminən 50 dəqiqə davam edəcəyi gözlənilir. Andiçmə mərasimi "Birinci kanal", "Rossiya 1", "Rossiya 24", "NTV", OTR", "Mir" telekanalları, həmçinin "Vesti.ru" saytı vasitəsilə canlı yayımlanacaq.

Mərasim başlayanda Putin Kremlin Birinci korpusundakı kabinetindən çıxaraq Böyük Kreml Sarayına gedəcək, Georgiyevsk və Aleksandrovsak zallarından keçərək Andreyevsk zalına daxil olacaq və and içəcək. Bundan sonra yeni prezident Böyük Kreml Sarayının Qırmızı qapısından Kilsə meydanına çıxaraq Kreml polkunun paradını qəbul edəcək. Daha sonra Putin Kremlin Blaqoveşensk kilsəsinə gedəcək.

Qonaqları Kilsə meydanının zal və saraylarında yerləşdirəcəklər.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 18-də baş tutub. Putin 76,69 faiz səslə qalib gəlib.

© Sputnik Azərbaycan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259