DÜNYA

Qonşumuzda arağın qiyməti dəfələrlə artdı
05 MAY
702

Qonşumuzda arağın qiyməti dəfələrlə artdı

2018-05-05 20:21:00

Türkiyə Nazirlər Kabinetinin verdiyi qərarla bu ölkədə spirtli içkilərdən alınan vergi ilə bağlı dəyişiklik edilib

Türkiyənin Nazirlər Kabinetinin verdiyi qərarla bu ölkədə spirtli içkilərdən alınan vergi ilə bağlı dəyişiklik edilib.

Fnis.az xəbər verir ki, spirtli içkilərə tətbiq edilən bəzi vergi dərəcələri azaldılıb, bəzilərində isə artırılıb.

Likör, şərab və viski kimi spirtli içkilərə tətbiq edilən vergi dərəcələri azaldılıb. Türkiyədə daha çox içilən rakı içkisi və araqlara tətbiq edilən vergi dərəcələri isə xeyli artırılıb.

Dəyişiklik Avropa İttifaqının uyğunluq qanunları çərçivəsində Türkiyənin götürdüyü öhdəliklərlə bağlıdır. Belə ki, Türkiyə yüksək dozada spirtli içkilərin vergilərini eyniləşdirmə öhdəliyi götürüb.

© Sputnik Azərbaycan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253