DÜNYA

Səudiyyə kralı əyləncəyə xərclənən pulu ölkədə saxlamağa qərar verdi
30 APREL
206

Səudiyyə kralı əyləncəyə xərclənən pulu ölkədə saxlamağa qərar verdi

2018-04-30 11:03:00

Səudiyyə Ərəbistanının paytaxtı Riyad yaxınlığında dünyanın ən böyük əyləncə mərkəzlərindən biri olan “Qiddiya” layihəsinin təməli atılıb.

Fins.az xəbər verir ki, “Disney World”dən 2,5 dəfə böyük olan layihə 2022-ci ildə istifadəyə veriləcək. 

Qeyd edək ki, “Qiddiya” Riyadın 40 kilometr qərbində 334 kilometrlik bir ərazini əhatə edəcək. Bura ölkənin ən önəmli turizm mərkəzlərindən biri olacaq.

Layihə ilə bağlı beynəlxalq tender elan edilib. “Qiddiya”nın 2030-cu ildə 17 milyon turistə açılacağı bildirilir. 

Nəzərə çatdıraq ki, Səudiyyə Ərəbistanı əhalisinin üçdə ikisi 35 və ondan aşağı yaşdadır. 

Təqribi hesablamalara görə, ərəblər hər il ölkə sərhədlərindən kənarda əyləncəyə 30 millyard dollar xərcləyirlər. Layihəni reallaşdırmaqla hökumət həmin vəsaiti ölkə daxilində saxlamaq niyyətindədir. 

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254