DÜNYA

Yaponiya istehsalı olan dünyanın ən balaca raketi “Ginnesin rekordlar kitabına” daxil edilib
28 APREL
507

Yaponiya istehsalı olan dünyanın ən balaca raketi “Ginnesin rekordlar kitabına” daxil edilib

2018-04-28 14:48:00

Yaponiya istehsalı olan dünyanın ən balaca SS-520 raketi “Ginnesin rekordlar kitabına” daxil edilib.

Fins.az xəbər verir ki, cari ilin fevralında kosmosa buraxılan dünyanın ən balaca SS-520 raketinin hündürlüyü 9,5 metr, diametri 50 santimetr, ağırlığı isə 2,6 tona bərabərdir. Bu raket süni peyki orbitə çıxarmaq qabiliyyətinə malikdir.

SS-520 hazırda kosmosda istifadə edilən uçuş aparatlarının ən balacasıdır. Belə ki, H2A raketinin hündürlüyü 50 metrə, ötən ilin sonunda kosmosa buraxılan “Epsilon” miniatür raketinin hündürlüyü isə 25 metrə bərabərdir. Onun orbitə çıxardığı süni peykin parametrləri 11,66 x 11,6 x 34,6 santimetr, çəkisi 3 kiloqramdır.

Raketin və süni peykin ölçüləri hazırlıq və buraxılma işlərinin məsrəflərini on dəfələrlə azaltmağa imkan yaradıb. Yeni raketin ümumi maya dəyəri 400 milyon yen (təqribən 3,47 milyon dollar) təşkil edib. Bu, ənənəvi raketlərə, məsələn ümumi dəyəri 1 milyard yenə (təqribən 100 milyon dollara) bərabər olan H2A raketinə tələb olunan məsrəflərdən yüz dəfələrlə azdır.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259