DÜNYA

Qonşu ölkəyə 30 santimetr qar yağdı, yollar buz bağladı
16 APREL
245

Qonşu ölkəyə 30 santimetr qar yağdı, yollar buz bağladı

2018-04-16 14:02:00

İranın bəzi ərazilərinə güclü qar yağıb.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Fins.az-ın məlumatına görə, aprelin 15-də gündüz saatlarından başlayan qar ölkənin Mazandaran, Tehran, Zəncan və Qəzvin ərazisində yağmaqda davam edir. Bəzi yerlərə hətta dolu və buz da yağıb.

Bəzi ərazilərdə qarın qalınlığı 30 santimetrə çatıb. Yolların bəziləri buzlayıb, avtomobillərin hərəkətində çətinliklər yaranıb. Bu səbəbdən də avtomobil yollarında böyük tıxaclar yaranıb. Yol polisləri sürücülərə avtomobillərin qış şinləri və əlavə hərəkət qurğularından istifadə etməyi məsləhət görüb.

Məlumata görə, güclü qarın yağması hələ də davam edir.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270