DÜNYA

Böyük Britaniya şəkərə vergi tətbiq edib
06 APREL
217

Böyük Britaniya şəkərə vergi tətbiq edib

2018-04-06 13:42:00

Böyük Britaniyada aprelin 6-dan etibarən piylənməyə səbəb olan şəkərli içkilərin istehsalını azaldacağı gözlənilən "şəkər vergi"si qüvvəyə minib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Fins.az xəbər verir ki, bu barədə Bğyük Britaniyanın Maliyyə Nazirliyinin saytında məlumat verilib.

Bildirilib ki, vergi yığımı 100 millilitr mayedə şəkər payı 5 qramdan çox olan şirtin alkoqolsuz içkilərə tətbiq olunacaq. Şəkər payı 8 qramdan artıq olarsa, yüksək vergi dərəcəsi ödənəcək. Fəaliyyətini yenidən tənzimləməyən şirkətlərdən vergi qismində illik 240 milyon funt sterlinq (335,8 milyon dollar) tutulacaq.

Görülən tədbirlər, ilk növbədə, uşaqlarda piylənmənin qarşısını almağa hesablanıb. Toplanan pullar məktəblilərdə fiziki aktivliyi və balanslaşdırılmış qidalanmanı təşviq edən proqramlara sərf olunacaq.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9817
  • ₽ RUB
    0.0273