DÜNYA

Kanadanı 4 rus diplomatı tərk etdi
06 APREL
123

Kanadanı 4 rus diplomatı tərk etdi

2018-04-06 11:11:00

Kanadada hökumətin qərarı ilə 4 rus diplomatı ölkədən çıxarılıb.

Fins.az-ın məlumatına görə, person non-qrata elan edilən diplomatlar bu gecə ölkəni tərk ediblər.

Rəsmi Moskva da analoji addımı ataraq Kanada diplomatlarını ölkədən çıxarır.

Qeyd edək ki, martın əvvəllərində Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın Londonda öz qızı ilə birlikdə zəhərlənməsi ilə əlaqədar ümumilikdə 27 ölkə Rusiyanın 100-dən artıq diplomatını ərazisindən çıxarıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279