DÜNYA

Ərəb Dövlətləri Liqasının fövqəladə iclası çağırılır
02 APREL
195

Ərəb Dövlətləri Liqasının fövqəladə iclası çağırılır

2018-04-02 10:43:00

Aprelin 3-də Ərəb Dövlətləri Liqasının fövqaladə iclası keçiriləcək.

Fins.az xəbər verir ki, bu barədə təşkilatın Baş katibinin köməkçisi Səid Abu Əli məlumat yayıb.

Toplantıda Qəzza zolağındakı vəziyyətin müzakirə olunacağı bildirilir.

İclas Fələstin, Misir, Küveyt və İordaniyanın tələbi ilə çağırılır.

Xatırladaq ki, martın 30-da Qəzza zolağında fələstinlilər və İsrail hərbçiləri arasında toqquşmalar zamanı 16 fələstinli həlak olub, 1500-ə yaxını isə xəsarət alıb.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256