DÜNYA

Alimlər böyük şəhərlərdə insan həyatı üçün daha bir təhlükəni aşkar ediblər
27 MART
470

Alimlər böyük şəhərlərdə insan həyatı üçün daha bir təhlükəni aşkar ediblər

2018-03-27 10:48:00

Meqapolis sakinləri kənd yerlərində yaşayanlarla müqayisədə dəri xəstəliklərindən daha çox əziyyət çəkirlər.

Fins.az-ın məlumatına görə, Cənubi Koreya alimləri belə hesab edirlər.

Tədqiqatın nəticələrinin dərc olunduğu "Science Advances" jurnalında qeyd olunur ki, insan dərisində qidalanan mikroorqanizmlərin həyatını təhlil etmək üçün Çinin 5 şəhərində (3-ü böyük, 2-si meqapolis) yaşayan 231 qadından analiz götürülüb.

Məlum olub ki, meqapolislərdə yaşayanlarda mikroorqanizmlər böyük şəhərlərdə yaşayanlarla müqayisədə xeyli azdır. Alimlər bu qənaətə gəliblər ki, dəridə nə qədər çox mikroorqanizm qidalanarsa, dəri xəstəliyi riski bir o qədər az olacaq.

Bundan əvvəl ehtimal edilirdi ki, dəri xəstəliklərinə havanın normadan artıq çirklənməsi səbəb ola bilər. Lakin bu xəstəliyə səbəb olan mexanizm tam aydın deyil.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258