DÜNYA

Qanunun dəyişdirilməsi dolların bahalaşmasına səbəb olacaq
15 MART
1138

Qanunun dəyişdirilməsi dolların bahalaşmasına səbəb olacaq

2018-03-15 16:08:00

ABŞ Senatı bank tənzimlənməsi qaydalarını yumşaldaraq, 2007-2009-cu illərin qlobal maliyyə böhranından sonra 2010-cu il iyulun 21-də qəbul olunmuş "Dodd-Frank" qanununu dəyişdirilməsi üçün Konqresə göndərib. 

Analitiklər bildirir ki, "Dodd-Frank" qanununun dəyişdirilməsi, orta və uzunmüddətli perspektivdə ABŞ iqtisadiyyatının inkişafının sürətlənməsinə, nəticədə inflyasiyanın artmasına və təbii ki, uçot dərəcəsinin daha qəti addımlarla artırılmasına gətirib-çıxaracaq. Bu da öz növbəsində dolların bahalaşması ilə nəticələnəcək.

"Reuters" yazır ki, qanunun dəyişdirilməsi yüzlərlə orta bankı sərt normativlərdən azad edəcək. Qanun iri banklara daha az təsir edəcək. 

Xatırladaq ki, "Dodd-Frank" qanunu banklara nəzarəti artıraraq maliyyə sistemində sabitliyi pozmamaq üçün qəbul edilib. Qanunun dəyişdirilməsindən sonra, banklar risk səviyyəsindən asılı olmayaraq balanslarında tələb olunan qədər kapital saxlamayacaq və bu, kreditləşmənin artırılmasına səbəb olacaq. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258