DÜNYA

Rusiyada inflyasiya ilk dəfə ABŞ-dan az olub
14 MART
192

Rusiyada inflyasiya ilk dəfə ABŞ-dan az olub

2018-03-14 12:25:00

Bu ilin fevral ayında Rusiyada inflyasiyanın illik müqayisədə səviyyədə ABŞ-dan az olub. 

Fins.az xəbər verir ki, ötən ilin fevral ayına nisbətən ölkədə qiymətlər 2,18% artıb. 

Rusiyanın Statistika İdarəsi (Rosstat) bu göstəricini post-sovet dövrünün ən aşağı inflyasiya səviyyəsi kimi qiymətləndirib. ABŞ-ın Ticarət Nazirliyinin məlumatına görə isə, fevralda ölkədə illik inflyasiya 2,2% təşkil edib. 

Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin Makroiqtisadi Tədqiqatlar Departamentinin keçmiş rəhbəri Kiril Tremasov bildirib ki, müşahidə dövründə ilk dəfə Rusiyada inflyasiya göstəricisi ABŞ-dan geri qalıb. Lakin hər iki ölkə üçün təxminən eyni səviyyə, tamamilə əks məna daşıyır: "Rusiyada inflyasiyanın Mərkəzi Bankın hədəfindən 1,8 faiz bəndi aşağı olması əhalinin real gəlirlərinin azalması, rublun möhkəmlənməsi və dünya ərzağın ucuzlaşması, ABŞ-da isə iqtisadi artım və əmək haqlarının yüksəlməsi ilə bağlıdır". 

ABŞ-ın "Goldman Sachs" bankının iqtisadçıları Kevin Deli (Kevin Daly) və Loqlan Odoerti (Loughlan O'Doherty) isə qeyd ediblər ki, inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında inflyasiya fərqi 1990-cı illərin əvvəlində 10-15 faiz bəndi təşkil edib. 2000-ci illərin əvvəllərində bu göstərici 2-3 faiz bəndinə, 2017-ci ildə isə 1,7 faiz bəndinə düşüb.

Rusiyanın "Alfa Bank"ının baş iqtisadçısı Natalya Orlova isə bildirib ki, inflyasiyanın azalmasına baxmayaraq, Rusiya Bankı (Mərkəzi Bank) uçot dərəcəsini kifayət qədər azalda bilməyəcək. Buna səbəb, ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırmağa davam etməsi olacaq. 

Qeyd edək ki, hazırda Rusiyada uçot dərəcəsi 7,5% təşkil edir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9996
  • ₽ RUB
    0.0259