DÜNYA

Ukrayna kosmodrom tikmək istəyir
12 MART
243

Ukrayna kosmodrom tikmək istəyir

2018-03-12 10:57:00

Ukrayna Dövlət Kosmik Agentliyi Avstraliyanın qərbində kosmodrom tikmək niyyətindədir.

Fins.az-ın məlumatına görə, "The West Australian" portalı müvafiq təklifin hələ 2016-ci ildə irəli sürüldüyünü yazır.

Ukraynanın Avstraliyadakı səfiri Nikolay Kuliniç bildirib ki, ölkəsinin qlobal kosmik yarışda böyük təcrübəsi var:

"Bu təklif çox realdır. Meydan olarsa, Ukrayna günü sabah raketlər buraxa bilər. Əgər Avstraliyada istifadə oluna biləcək yer varsa, biz ekspertlərimizi təklif edə bilərik".

Kosmik Agentliyin məlumatına əsasən, kosmodrom tikintisi üçün 5-7 min kv.km sahə lazımdır. Bu ərazinin ölkənin qərbində, Kertin aviabazasının yaxınlığında olması daha məqsədəuyğun hesab edilir.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255