DÜNYA

Şimali Koreya ABŞ-la danışıqların şərtini açıqlayıb
04 MART
343

Şimali Koreya ABŞ-la danışıqların şərtini açıqlayıb

2018-03-04 17:53:00

Vaşinqton Pxenyandan ilkin tələblərin icra edilməsini tələb etməyəcəyi təqdirdə Şimali Koreya ABŞ-la danışıqlarda iştirak edəcək. Fins.az xəbər verir ki, bu barədə KXDR XİN-in məlumatında bildirilir.  

“Onilliklərdir davam edən KXDR-ABŞ danışıqları dövründə biz hələ bir dəfə də olsun ABŞ-la hər-hansı ilkin şərtlərlə bağlı danışıqlar aparmamışıq. Bu gələcəkdə də davam etdiriləcək”, - deyə Şimali Koreya XİN-nin nümayəndəsi bildirib.   

Onun sözlərinə görə, Pxenyan dialoq və danışıqların köməyi ilə  məsələləri dinc və diplomatik yolla nizamlamağa hazırdır. Diplomat qeyd edib ki, KXDR Vaşinqtona dialoq aparmağa yalvarmayacaq və ABŞ-ın bəyan etdiyi hərbi variantdan yayınmayacaq: “Pxenyan tərəfləri narahat edən məsələləri bərabər hüquqluluq əsasında müzakirə etməyə hazırdır”.   

XİN nümayəndəsi həmçinin KXDR-in nüvə proqramının ləğv olunmasına dair Vaşinqtonun niyyətini gülünc adlandırıb.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255