DÜNYA

ABŞ-ın kibermüdafiəyə ayırdığı vəsit – MƏLUM OLDU
14 FEVRAL
161

ABŞ-ın kibermüdafiəyə ayırdığı vəsit – MƏLUM OLDU

2018-02-14 12:37:00

ABŞ administrasiyası 2019-cu maliyyə ilində federal şəbəkələrin kibermüdafiəsinə 1 milyard dollardan çox pul ayrılmasını təklif edib.

Fins.az-ın xəbərinə görə, ABŞ-da 2019-cu maliyyə ilin bu ilin oktyabrında başlayacaq.

Ağ Evin Konqresə göndərdiyi büdcə layihəsində federal şəbəkələrin müdafiəsi və bu sahədə zəifliklərin aradan qaldırılmasına 1 milyard dollara yaxın, kritik önəmə sahib infrastrukturun müdafiəsinə isə 319 milyon dollar ayrılması əksini tapıb.

Daxili Təhlükəsizlik Nazirliyinə isə ümumilikdə 47,5 milyard dollar ayrılacaq. Bu, 2018-ci ilin büdcəsindən 3,5 milyard dollar (7,8%) çoxdur.   

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253