DÜNYA

Cənubi Koreya Qış Olimpiya Oyunlarında KXDR-in xərclərini qarşılayacaq
14 FEVRAL
195

Cənubi Koreya Qış Olimpiya Oyunlarında KXDR-in xərclərini qarşılayacaq

2018-02-14 10:58:00

XXIII Qış Olimpiya Oyunlarına ev sahibliyi edən Cənubi Koreya Koreya Xalq Demokratik Respublikasının (KXDR) yarışlarda iştirak xərclərini qarşılayacaq.

Fins.az xəbər verir ki, bunun üçün KXDR-lə əməkdaşlıq komissiyasının büdcəsindən 2,86 milyon dollar ayrılıb. Qərarda bildirilir ki, atılan addımlar Koreya yarmadasında sülhə qapı açır: “KXDR-in nümayəndə heyətinin Oyunlarda iştirakı onların sülhsevər davranışlarını nümayiş etdirmələri, koreyalılar arasında münasibətlərin yaxşılaşdırılması üçün bir fürsətdir və Koreya yarmadasında sülhə qapı açır”.

Qeyd edək ki, 2018-ci ilin əvvəlindən KXDR Cənubi Koreyaya qarşı mülayimlik nümayiş etdirməkdədir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253