DÜNYA

ABŞ-da şist nefti istehsalı martda sutkalıq 110 min barrel artacaq
13 FEVRAL
85

ABŞ-da şist nefti istehsalı martda sutkalıq 110 min barrel artacaq

2018-02-13 14:56:00

ABŞ-da şist nefti istehsalı mart ayında gündəlik 110 min barrel artacaq.

Fins.az xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb.

Bildirilir ki, şist nefti üzrə ABŞ-dakı 7 ən məhsuldar bölgədə istehsal mart ayında artacaq. Bu bölgələrdə şist nefti istehsalı mart ayında gündəlik 110 min barrel artaraq 6,76 milyon barrelə çatacaq.

Qərbi Texas və Nyu-Mexikodakı “Permian” bölgəsi istehsalda ümumi töhfənin üçdə iki hissəsindən çoxunu təmin etməsi gözlənilir. Bu günə qədər “Permian” bölgəsindən təxminən 30 milyard barrel neft çıxarıldığı təxmin edilir.

Xatırladaq ki, ötən hesabat həftəsində ABŞ-ın xam neft hasilatı əvvəlki həftəyə nisbətdə gündəlik orta hesabla 332 min barrel artaraq 10,25 milyon barrelə yüksəlib. Cari ildə ABŞ-ın xam neft hasilatının gündəlik orta hesabla 10,6 milyon barrel, 2019-cu ildə isə 11,2 milyon barrel olacağı nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+4°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1335
  • ₽ RUB
    0.0302