DÜNYA

ABŞ-da federal hökumət yenidən fəaliyyətini dayandırıb
09 FEVRAL
94

ABŞ-da federal hökumət yenidən fəaliyyətini dayandırıb

2018-02-09 10:07:00

ABŞ-da federal hökumət bu ay ərzində ikinci dəfə fəaliyyətini dayandırıb.

Fins.az-ın  xəbərinə görə, daha əvvəl qəbul edilmiş müvəqqəti büdcənin qüvvədə olma müddəti fevralın 9-na keçən gecə bitib.

Fevralın 7-də respublikaçılar və demokratlar yeni 2 illik büdcə barədə razılıq əldə ediblər. Bu razılıq qarşıdakı 2 il ərzində büdcə xərclərinin 300 milyard dollar artırılmasını nəzərdə tutur. Lakin layihə səsverməyə çıxarılmazdan əvvəl - son anda respublikaçı senator Rend Pol hazırkı limitlər çərçivəsində maliyyələşməni nəzərdə tutan düzəliş təklif edib. Nəticədə layihəni vaxtında qbul etmək mümkün olmayıb və federal idarələr fəaliyyətini müvəqqəti dayandırıb. Lakin hər iki partiya arasında razılqı əldə edildiyi üçün bu hal uzun sürməyəcək.

Büdcə layihəsinin bu gün qəbul olunacağı gözlənilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1060
  • ₽ RUB
    0.0301