DÜNYA

Pakistan Əfqanıstanla sərhəddə divar tikəcək
08 FEVRAL
204

Pakistan Əfqanıstanla sərhəddə divar tikəcək

2018-02-08 12:33:00

Pakistan ordusu ölkənin Əfqanıstanla sərhədində divar tikməyi planlaşdırır.

Fins.az-ın məlumatına görə, divarın Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində, Çaman şəhəri ətrafında ucaldılması nəzərdə tutulur.

Tikinti işlərinin yaxın zamanlarda başlayacağı bildirilir. Əyalət rəhbərliyi divarın tikintisi ilə əlaqədar bir qrup sakinin oradan köçürüləcəyini elan edib.

İki ölkə arasında divarın ucaldılması Əfqanıstandan Pakistana qeyri-leqal miqrantların, o cümlədən terrorçuların keçidinin qarşısını almaq məqsədi daşıyır.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255