DÜNYA

ABŞ Şimali Koreyaya ən sərt sanksiyalar tətbiq edəcək
07 FEVRAL
228

ABŞ Şimali Koreyaya ən sərt sanksiyalar tətbiq edəcək

2018-02-07 14:38:00

ABŞ Şimali Koreyaya qarşı bu vaxta qədər olan ən sərt sanksiyaları tətbiq edəcək. Fins.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Maykl Pens Yaponiya baş naziri Sintze Abe ilə görüşündə deyib.

“ABŞ tezliklə Şimali Koreyaya qarşı ən sərt iqtisadi sanksiya paketinin tətbiq olunmasına başlayacaq. Biz Şimali Koreyanı nüvə və raket proqramından tam imtina etməyənə qədər təcrid edəcəyik”.

Pens jurnalistlərin suallarını cavablandırarkən Şimali Koreya rejimini dünyanın ən amansız və despotik rejimi adlandırıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259