DÜNYA

Cənubi Koreyanın qərarı bitkoini ucuzlaşdırıb
11 YANVAR
139

Cənubi Koreyanın qərarı bitkoini ucuzlaşdırıb

2018-01-11 11:54:00

Cənubi Koreyanın kriptovalyutalarla ticarəti tam şəkildə qadağan edən qanun layihəsi hazırlaması xəbəri ilə "Bitcoin" 13 000 dollaradək ucuzlaşıb. 

Fins.az xəbər verir ki, Cənubi Koreyanın ədliyyə naziri Pak San Gi ölkəsinin kriptovalyuta ilə bağlı spekulyasiyaların həddindən çox artması ilə bağlı narahat olduğunu və ticarəti qadağan edən layihə hazırladıqlarını bildirib. Qeyd edək ki, Cənubi Koreya "Bitcoin" və "Ethereum"la ticarətin dünyada ən iri bazarına sahibdir.

Xəbərin açıqlanmasından sonra "Bitcoin"in qiyməti 13 130 dollaradək geriləyib, hazırda qiyməti 13 455 dollar, kapitallaşması isə 226 mlrd. dollara bərabərdir. "Bitcoin"in bazar payı 34,7% təşkil edir. Bazarın ümumi kapitallaşması isə 652 mlrd. dollardır.

Analitiklər kriptovalyuta bazarının kapitallaşmasının daha 20%-ə yaxın azalandan sonra 2 dəfə artaraq 1 trln. dollara qədər yüksəlmə trendinə girəcəyini proqnozlaşdırır.
© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301