DÜNYA

"Goldman Sachs": 2018-ci il dollar üçün zəif il olacaq
09 YANVAR
354

"Goldman Sachs": 2018-ci il dollar üçün zəif il olacaq

2018-01-09 17:03:00

ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu il 4 dəfə uçot dərəcəsini artırma ehtimalının yüksək olmasına baxmayaraq, 2018-ci il dollar üçün zəif bir il olacaq. Fins.az xəbər verir ki, bu açıqlamanı CNBC telekanalına ABŞ-ın "Goldman Sachs" investisiya bankının baş iqtisadçısı Jan Hatzius verib.

"Dollar bu il önəmli valyutalarla, hətta bəzi inkişaf etməkdə olan ölkələrin valyutaları ilə müqayisədə zəif qalmağa davam edəcək. Normal şərtlərdə FED faizləri artırdığına görə, dollar möhkəmlənməlidir. Lakin digər mərkəzi banklar da sinxron şəkildə eyni addımları atdığına görə, dollar cəlbediciliyini itirəcək", - deyə Hatzius qeyd edib.

Qeyd edək ki, 2017-ci ildə FED-in 3 dəfə faiz artırmasına və vergi islahatları qanunun təsdiq olunmasına baxmayaraq, dollar əsas rəqibi avro ilə müqayisədə 15%-ə yaxin ucuzlaşıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257