DÜNYA

Venesuela milli kriptovalyutasının emissiyasına başlayıb
08 YANVAR
155

Venesuela milli kriptovalyutasının emissiyasına başlayıb

2018-01-08 17:29:00

Venesuela Prezidenti Nikolas Maduro ilk milli kriptovalyuta – petronun emissiyasına başlandığını elan edib.

“Venesuelanın zənginlikləri ilə təmin edilmiş 100 mln. petronun emissiyasına əmr vermişəm. Hər bir petro bir barel Venesuela nefti dəyərində olacaq. Petronun yaranması barədə akt isə yanvar ayının 14-də təqdim ediləcək”, – deyə Prezident açıqlama verib.

Xatırladaq ki, “petro” sözü ispan dilində “petroleo” sözündən yaranıb, tərcümədə “neft” deməkdir. Venesuela Prezidenti ilk dəfə milli kriptovalyutanın yaradılması barədə açıqlamanı ötən ilin dekabr ayında verib. Maduronun sözlərinə görə, petro ölkənin maliyyə blokadasından yayınmağa kömək edəcək. Qeyd edək ki, Venesuela Prezidenti milli kriptovalyutanın təmin edilməsi üçün 5 mlrd. barel neft ayırıb.

© Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301