DÜNYA

“Saudi Aramco”hasilat gücünü gündəlik 12 mln. barel səviyyəsində saxlamaq niyyətindədir
12 DEKABR 2017
276

“Saudi Aramco”hasilat gücünü gündəlik 12 mln. barel səviyyəsində saxlamaq niyyətindədir

2017-12-12 18:22:00

“Saudi Aramco” şirkəti qarşıdakı 10 il ərzində hər il neft-qaz layihələrinə 40 mlrd. dollardan çox sərmayə yatırmağı planlaşdırır. Fins.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Interfax” agentliyinin yaydığı məlumatda bildirilir. Şirkətin məlumatına görə, xərclər əvvəlki 10 illik plandan 25% artaraq 414 mlrd. dollar olacaq.

Əsas məsələ şirkətin hasilat gücünü gündəlik 12 mln. barel səviyyəsində saxlamaqdır.

“Saudi Aramco” şirkətinin Təchizat Departamentinin rəhbəri Nassir əl-Yami bildirib ki, qarşıdakı 10 ildə nəzərdə tutulan xərclərin təxminən 134 mlrd. dolları qazmaya və quyulara xidmətə, 78 mlrd. dolları neft hasilatı potensialının saxlanmasına yönəldiləcək. Bundan başqa, şelf zonasındakı layihələr və emal layihələrinə investisiyalar artırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276