DÜNYA

"Wall-Street" bitkoin fyuçerslərindən imtina edə bilər
08 DEKABR
141

"Wall-Street" bitkoin fyuçerslərindən imtina edə bilər

2017-12-08 12:49:00

Bitkoin həvəskarları bu virtual kriptovalyutanın maliyyə bazarları tərəfindən qəbul edilməsini gözlədiyi vaxtda, Nyu-Yorkun "Wall-Street" küçəsində yerləşən dünyanın iri bankları bu istiqamətdə işlərini dayandırıb. "Freedman.club" saytına istinadən xəbər verilir ki, bitkoinlə əməliyyatlardan narahatlığını bildirən Fyuçerslərlə Ticarət Assosiasiyası (FIA) Əmtəə Fyuçersləri ilə Ticarət Komissiyasına (CFTC) bu barədə məktub göndərib.

"Financial Times"ın məlumatına əsasən, ABŞ-ın iri banklarından ibarət lobbi qrupu CFTC-yə bitkoinlə ticarətin başlaması barədə xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilir ki, CFTC bitkoin aktivində şəffaflığı təmin edə bilməyib və bitkoinin birjalara çıxması ilə bağlı ictimaiyyəti kifayət qədər məlumatlandırmayıb.

FIA-ya görə, əməliyyatlara yaxşı hazırlaşmayan maliyyə bazarları bitkoində həddindən artıq volatilliyin öhdəsindən gələ bilməyəcək.

Qeyd edək ki, bitkoin bu gün 17 000 dollar səviyyəsini ötdükdən sonra xeyli geriləyib və hazırda 15 600 dollara satılır. İlin əvvəlindən bitkoinin qiyməti 16 dəfəyə yaxın artım göstərib.

Mənbə: Report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0012
  • ₽ RUB
    0.0288