DÜNYA

ABŞ-ın xam neft ehtiyatları 1,2 faiz azalıb
07 DEKABR
123

ABŞ-ın xam neft ehtiyatları 1,2 faiz azalıb

2017-12-07 15:25:00

ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 5,6 milyon barrel (1,2 faiz) azalaraq 448,1 milyon barrel olub.

Fins.az xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bazar proqnozları isə ehtiyatların 3,4 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə ölkənin xam neft ehtiyatları 3,4 milyon barrel azalmışdı.

ABŞ-ın strateji neft ehtiyatları isə ötən həftə 2,4 milyon barrel (0,4 faiz) azalaraq 662,7 milyon barrel olub. Ölkənin benzin ehtiyatları keçən həftə 6,8 milyon barrel artaraq 220,9 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 1,7 milyon barrel artması istiqamətində idi. Əvvəlki həftədə isə benzin ehtiyatları 3,6 milyon barrel artmışdı.

Hesabat həftəsində ABŞ-ın xam neft hasilatı əvvəlki həftəyə nisbətdə gündəlik orta hesabla 25 min barrel artaraq 9,7 milyon barrel olub. Ölkənin neft idxalı əvvəlki həftəyə görə gündəlik 127 min barrel azalaraq 7,20 milyon barrel olub. ABŞ-ın xam neft ixracı isə gündəlik 54 min barrel azalaraq 1,36 milyon barrelə geriləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    1.9995
  • ₽ RUB
    0.0287