DÜNYA

Hindistan Aya yeni kosmik gəmi göndərəcək
06 DEKABR 2017
145

Hindistan Aya yeni kosmik gəmi göndərəcək

2017-12-06 12:53:00
Hindistan Kosmik Tədqiqat İnstitutu (İSRO) 2018-ci ilin martında Ayın səthinə kosmik gəmi yerləşdirməyi planlaşdırır. “Çandrayan–2” adlandırılan layihənin dəyəri 93 milyon dollardır. Bu barədə xəbəri “Futurism. com” saytı verib.
Alimlər bu layihə çərçivəsində Aya 3 kosmik vasitə endirəcəklər. Kosmik vasitələrin birincisi enmə üçün nəzərdə tutulub. O, rahat enişi təmin edəcək. İkinci vasitə orbit gəmisi olacaq ki, onun vəzifəsi yüksək nöqtədən Ayın üçölçülü xəritəsini çəkməkdir. Sonuncusu isə Ayı kəşf etmək üçün yaradılan müşahidə vasitəsidir. Qeyd edək ki, “Çandrayan–2” Hindistanın ilk Ay layihəsi deyil. Kosmik agentlik 2008-ci ildə “Çandrayan–1” adlı layihə çərçivəsində Aya kosmik gəmi yerləşdirmişdi. Ancaq 2009-cu ildə gəmi ilə əlaqələr itmiş, 2016-cı ildə NASA tərəfindən yeri aşkarlansa da, xərclər böyük olduğundan təmirə ehtiyac duyulmamışdır
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301